...

Azərbaycan səfiri etimadnaməsini Sudan Prezidentinə təqdim edib

Siyasət Materials 7 Dekabr 2012 20:31 (UTC +04:00)
Azərbaycanın Misirdəki, eyni zamanda Sudanda akkreditə olunan səfiri Şahin Abdullayev etimadnaməsini Sudan Prezidenti Ömər əl-Bəşərə təqdim edib.
Azərbaycan səfiri etimadnaməsini Sudan Prezidentinə təqdim edib

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Azərbaycanın Misirdəki, eyni zamanda Sudanda akkreditə olunan səfiri Şahin Abdullayev etimadnaməsini Sudan Prezidenti Ömər əl-Bəşərə təqdim edib.

Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə verilən məlumata görə, etimadnaməni qəbul edən Sudan Prezidenti Ömər əl-Bəşir salamlarının və ən xoş arzularının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

Dost ölkə olan Azərbaycan ilə Sudan arasında dərin tarixi əlaqələrin olduğunu deyən Prezident iki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olan qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu vurğulayıb.

Ömər Əl-Bəşir ölkələrimiz arasında sənaye-ticarət, mədəniyyət, elm və təhsil sahələrində əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edərək, birgə səylərlə bu kimi imkanların araşdırılmasının vacibliyini vurğulayıb.

Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdıraraq, Azərbaycanın xarici siyasətində ərəb-İslam dünyası, o cümlədən Sudan ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verildiyini qeyd edib.

Eyni zamanda, səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə görə Sudan tərəfinə təşəkkürünü ifadə edib.

Prezident Ömər Əl-Bəşir iki dost ölkə arasında əlaqələrin inkişafı naminə səfir Abdullayevə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti