...

ABŞ dövlət katibinin köməkçisi müavininin Azərbaycana səfəri başa çatıb

Siyasət Materials 8 Dekabr 2012 00:09 (UTC +04:00)
ABŞ ABŞ dövlət katibi köməkçisinin xalq diplomatiyası və ictimai işlər üzrə müavini Bey Fenqin Azərbaycana səfəri başa çatıb.
ABŞ dövlət katibinin köməkçisi müavininin Azərbaycana səfəri başa çatıb

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

ABŞ ABŞ dövlət katibi köməkçisinin xalq diplomatiyası və ictimai işlər üzrə müavini Bey Fenqin Azərbaycana səfəri başa çatıb.

Trend-in məlumatına görə, xanım Fenqin səfərinin əsas məqsədi Amerika Birləşmiş Ştatları missiyasının Azərbaycanda ictimai diplomatiya sahəsində proqramları ilə tanış olmaq, Azərbaycan rəsmiləri, gənclər və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş olub. O, Bakı, Sumqayıt və Salyanda gənclərlə görüşərək mübadilə proqramları imkanlarını müzakirə edib.

Gənclər ABŞı haqqında məlumat əldə etmək üçün mövcud imkanları da öyrəniblər. Xanım Fenq, həmçinin Salyanda yerləşən Amerika mərkəzi və ictimai diplomatiyaya aid məsələləri Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovla müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti