...

Azərbaycanın səfiri Sudan parlamentinin spikeri ilə görüşüb

Siyasət Materials 9 Dekabr 2012 18:42 (UTC +04:00)
Sudana səfər çərçivəsində səfir Şahin Abdullayev Sudan parlamentinin spikeri Əhməd İbrahim Əl-Tahir ilə görüş keçirmişdir.
Azərbaycanın səfiri Sudan parlamentinin spikeri ilə görüşüb

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Sudana səfər çərçivəsində səfir Şahin Abdullayev Sudan parlamentinin spikeri Əhməd İbrahim Əl-Tahir ilə görüş keçirmişdir.

Səfir Abdullayev Sudan Respublikasına da akkreditasiya olunmuşdur.

Səfirlikdən bazar günü Trend-ə verilən məlumata görə, görüş əsnasında Əhməd Əl-Tahir BMT, İslam əməkdaşlıq təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdıraraq, Sudanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini qeyd etmişdir.

Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar haqqında Sudan parlamentinin sədrinə ətraflı məlumat verərək, Sudanın bu münaqişə ilə əlaqədar tutduğu ədalətli mövqeyinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdir.

Azərbaycan Respublikasının Milli Məclisinin beynəlxalq parlamentlərarası əlaqələrin inkişafında fəal rol oynadığını qeyd edən Səfir Sudan və Azərbaycan parlamentləri arasında dostluq qruplarının yarıdılmasının və qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyini vurğulamışdır.

Əhməd Əl-Tahir Sudan parlamentində bir sıra ölkələrin parlamentləri ilə dostluq qruplarının fəaliyyət göstərdiyini qeyd edərək, Azərbaycan ilə parlamentlərarası əlaqələri inkişaf etdirmək üçün dostluq qrupunun yaradılmasına və dostluq qrupunun üzvləri və parlamentlərin sədrləri səviyyəsində qarşılıqlı səfərlərin təşkil olunmasına hazır olduqlarını diqqətə çatdırmışdır.

Əhməd Əl-Tahir iki ölkə arasında əlaqələrin inkişafı naminə Səfir Ş.Abdullayevə diplomatik fəaliyyətində uğurlar arzulamışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti