...

Qırğızıstanda ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

Siyasət Materials 10 Dekabr 2012 19:19 (UTC +04:00)
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyi Türkdilli Dövlətlərin Dəstək Fondunun və Qırğız-Türk Manas Universitetinin dəstəyi və Azərbaycan diasporunun üzvləri, Qırğızıstanda yaşayan ziyalılar, alimlərin və səfirliyin əməkdaşlarının iştirakı ilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım mərasimini keçirib.
Qırğızıstanda ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

Azərbaycanın Qırğız Respublikasındakı səfirliyi Türkdilli Dövlətlərin Dəstək Fondunun və Qırğız-Türk Manas Universitetinin dəstəyi və Azərbaycan diasporunun üzvləri, Qırğızıstanda yaşayan ziyalılar, alimlərin və səfirliyin əməkdaşlarının iştirakı ilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım mərasimini keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükütla yad edilərək, onun həyatını əks etdirən kinorejissor Andrey Konçalovskinin Heydər Əliyevə həsr etdiyi "Бремя власти"("Hakimiyyət yükü") adlı sənədli film nümayiş olunub.

Tədbirin davamı olaraq söz Qırğız-Türk Manas Universitetinin rektoru professor Sabahəddin Balcıya verilib və o, öz cıxışında Heydər Əliyevin Türk dünyasına verdiyi töhvələrdən danışıb, Azərbaycanın ümümmilli liderinin dünyada tanınmış ictimai-siyasi xadim olduğu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonra ulu öndərin həyatı və onun muasir Azərbaycanın qurucusu olduğu, ölkəyə agır vaxtlarda rəhbərlik etdiyi, Azərbaycan iqtisadiyyatının inkişafındakı rolu barədə danışan səfirliyin müvəqqəti işlər vəkili İlqar Cabbarov bildirib ki, məhz 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" layihəsində onun böyük əməyi olub. O, Heydər Əliyevin 12 may 1994-cü il tarixində Bişkek şəhərində imzalanmış Bişkek protokolunun hazırlanması və imzalanması ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində iki ölkə arasında atəşkəsə nail olunmasında əvəzedilməz rolunun olduğunu qeyd edib. Hazırda ulu öndər Heydər Əliyevin bütün milli ideya və azərbaycançılıq ideologiyası milli-mənəvi dəyərlərin qorunması, təbliğ edilməsi sahəsində irəliləyişlər baxımından mükəmməl bir ideologiya və dəyərli ideya kimi Azərbaycan reallığında bərqərar olub və ulu öndərin layiqli siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

Türkiyənin Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Necat Akcal, Qırğız Respublikası Jogorku Keneşin (Parlament) deputatı Tursunbay Bakir Uluu, Türkdilli Dövlətlərin Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov, Qırğızıstanda yaşayan azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin prezidenti Cəbi Rəsulov Heydər Əliyevin müstəqilliyimizin qorunmasında, Azərbaycanın beynəlxalq aləmdə tanınmasında, ölkəmizin ictimai-siyasi, mədəni, iqtisadi uğurlarında misilsiz xidmətləri olduğunu öz çıxışlarında qeyd ediblər.

Tədbirin yekununda Türkdilli Dövlətlərin Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov Qırğız-Türk Manas Universitetinin rektoru professor Sabahəddin Balcını Fondun təsis etdiyi "Heydər Əliyev" qızıl medalı ilə təltif edib və Fond tərəfindən qırğız dilində nəşr edilən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyatına həsr olunmuş kitabları universitetin kitabxanasına hədiyyə edib.

Tədbirin sonunda Türkdilli Dövlətlərin Dəstək Fondu, Qırğız-Türk Manas Universiteti tərəfindən ümummilli lider Heydər Əliyevin anım mərasimi ilə əlaqədar ehsan verilib.

Tədbir yerli kütləvi informasiya vasitələri ilə yayımlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti