...

Oqtay Əsədov xarici ölkə parlamentlərində azərbaycanlıların təmsilçiliyinə diqqətin artırılmasını təklif edib

Siyasət Materials 11 Dekabr 2012 12:56 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədov çərşənbə axşamı keçirilən plenar iclasda xarici ölkə parlamentlərində azərbaycanlıların təmsilçiliyinə diqqətin artırılmasını təklif edib.
Oqtay Əsədov xarici ölkə parlamentlərində azərbaycanlıların təmsilçiliyinə diqqətin artırılmasını təklif edib

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin sədri Oqtay Əsədov çərşənbə axşamı keçirilən plenar iclasda xarici ölkə parlamentlərində azərbaycanlıların təmsilçiliyinə diqqətin artırılmasını təklif edib.

Trend-in məlumatına görə, Əsədov bildiribv ki, Rusiya, Ukrayna və Rumıniya parlamentlərdə xeyli sayda ermənilər təmsil olunduğu halda, azərbaycanlılar yoxdur.

Deputat Siyavuş Novruzov da bu məsələ ilə bağlı fikirlərini bildirərək deyib ki, Gürcüstanda azərbaycanlıların aktivliyinin artırılmasına ehtiyac var.

Onun sözlərinə görə, Gürcüstanda bu gün 500 mindən çox azərbaycanlı yaşayır, lakin parlamentdə cəmi 2 nəfər təmsil olunur.

"Biz gücümüzü bir yerə qoyub onların sayını artırmalıyıq", - o vurğulayıb.

Novruzov bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini öyrənməlidir. Onun sözlərinə görə, orada yaşayan azərbaycanlıların dövlət işləri ilə təmin olunması məsələsi bu ölkənin rəhbər strukturları qarşısında dəfələrlə qaldırılıb.

"Onlar isə deyirlər ki, həmin şəxslər diplomlarını təqdim etsinlər. Onlar da çıxarıb Elşad Abdullayevin verdiyi ABU-nun diplomunu göstərirlər", - Novruzov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti