...

Türkiyəli dövlət qulluqçuları Gənclər və İdman Nazirliyində olublar

Siyasət Materials 12 Dekabr 2012 00:26 (UTC +04:00)
Azərbaycan və Türkiyə dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə dekabrın 10-dan Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi rəhbərinin köməkçisi Erdal Aydının rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Türkiyəli dövlət qulluqçuları Gənclər və İdman Nazirliyində olublar

Azərbaycan, Bakı, 12 dekabr /Trend/

Azərbaycan və Türkiyə dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə dekabrın 10-dan Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi rəhbərinin köməkçisi Erdal Aydının rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinə Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsinin, Ədliyyə Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Sosial Müdafiə Nazirliyinin və Hesablama Palatasının nümayəndələri daxildirlər.

Türkiyəli dövlət qulluqçuların dekabrın 15-dək ölkəmizdə olacaqlar. Bu müddət ərzində qonaqlar bir sıra dövlət orqanlarında görüşlər keçirəcəklər.

Dekabrın 11-də belə görüşlərdən biri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində olublar.

Qonaqları salamlayan Gənclər və İdman Nazirliyi aparatının rəhbəri Fuad Hacıyev ilk öncə onlara nazirlik haqqında ümumu məlumat verdi. Qardaş Türkiyə ilə bütün sahələrdə olduğu kimi dövlət gənclər siyasəti və idman sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən Fuad Hacıyev nazirliyin fəaliyyət sferasına daxil olan hər iki sahənin dövlət tərəfindən böyül qayğı ilə əhatə olunduğunu bildirdi.

Sonra Nazirliyin Gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva gənclər siyasəti barədə geniş məlumat verdi. Bildirdi ki, nazirlik 65 dövlətlə əməkdaşlıq edir.

İdman şöbəsinin müdiri Mirkamil Rəhimov isə dövlətimizin bədən tərbiyəsi və
idman siyasəti barədə qonaqlara məlumat verdi. Ölkəmizin idman infrastrukturu, yüni inşa edilən olimpiya idman kompleksləri, eləcə də, bu sahədə qazanılan nailiyyətlər barədə danışdı.

Daha sonra qonaqları maraqlandıran sualları cavablandıran Fuad Hacıyev görüşün sonunda Türkiyə nümayəndə heyətinin rəhbəri Erdal Aydına Nazirliyin xatirə hədiyyəsini təqdim etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti