...

Yavər Camalov: Bu il müdafiə təyinatlı məmulatların həcmi 2007-ci illə müqayisədə 25 dəfədən artıq olacaq

Siyasət Materials 15 Dekabr 2012 12:31 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirib.
Yavər Camalov: Bu il müdafiə təyinatlı məmulatların həcmi 2007-ci illə müqayisədə 25 dəfədən artıq olacaq

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu il müdafiə təyinatlı məmulatların həcmi 2007-ci illə müqayisədə 25 dəfədən artıq olacaq. Trend-in məlumatına görə, bunu müdafiə sənayesi naziri Yavər Camalov rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.

Nazir qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 700-ə çatdırılıb. Cari ildə 437 adda müdafiə təyinatlı məmulatın istehsalı üzrə müqavilə bağlanılıb. 2012-ci ilin nəticələrinə görə istehsal olunmuş və sifarişçilərə təhvil veriləcək müdafiə təyinatlı məmulatların həcmi 2007-ci illə müqayisədə 25 dəfədən artıq olacaq.

Məqalədə bildirilir ki, bu gün "Matador" və "Marauder" tipli zirehli maşınların istehsalı və onların silahlanması tam mənimsənilib və kütləvi istehsalı uğurla həyata keçirilir. İlk dəfə olaraq respublikada müasir pilotsuz uçuş aparatlarının istehsalı təmin edilib. Eyni zamanda, AK-74M tipli avtomatların istehsalı da uğurla həyata keçirilir. Qeyd olunan məmulatlar üzrə güc strukturlarının sifarişləri təmin edilib.

Nazirliyin Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 11 mövzu üzrə elmi-tədqiqat və təcrübi konstruktor işləri aparılır. Bununla yanaşı, iş planına uyğun olaraq 9 istiqamətdə 24 mövzu üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.

Nazirliyin hərbi-texniki əməkdaşlıq sahəsindəki nailiyyətlərinə toxunan nazir qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş dövlətlərinin 60-dan çox şirkət və firması ilə sıx əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti