...

İranın keçmiş prezidentinin oğlu həbsdən azad edilib

Siyasət Materials 17 Dekabr 2012 11:10 (UTC +04:00)
İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin oğlu üç aylıq həbsdən sonra azad edilib.
İranın keçmiş prezidentinin oğlu həbsdən azad edilib

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir T.Cəfərov/

İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin oğlu üç aylıq həbsdən sonra azad edilib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər yayıb.

"İstintaq başa çatdıqdan sonra Mehdi Haşimi Rəfsəncani Evin (Tehranda yerləşir) həbsxanasından girov müqabilində azadlığa buraxılıb", - məlumatda deyilir. Məsələnin təfərrüatları haqqında məlumat verilmir.

Qeyd edək ki, Mehdi Haşimi sentyabrda Böyük Britaniyadan Tehrana gələrkən həbs edilib. O, Böyük Britaniyada üç il yaşadıqdan sonra Tehrana qayıdıb, həbs olunduqdan sonra Evin həbsxanasına gətirilib. Dövlətə qarşı təbliğat aparmaqda və korrupsiya ittihamı ilə həbs olunan Mehdi də atası və bacısı kimi İran Prezidenti Mahmud Əhmədinejadın qatı əleyhdarlarındandır və onun yenidən prezident seçildiyi 2009-cu il seçkilərinin nəticələrini tanımır.

Xatırladaq ki, noyabrın əvvəllərində keçmiş dövlət başçısının oğlu ürək tutmaları ilə əlaqədar həbsxanadan xəstəxanaya köçürülmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti