...

Riçard Morninqstar iqtidar və müxalifət partiyaları ilə keçirilən görüşlərdə müzakirə olunan məsələləri açıqlayıb

Siyasət Materials 19 Dekabr 2012 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir E.Mehdiyev/

Həm iqtidar, həm də müxalifət partiyaları ilə keçirilən görüşlərdə Azərbaycanda prezident seçkilərinin azad və ədalətli keçirilməsi və Azərbaycan vətəndaşlarının özlərinin növbəti prezidentlərini seçə bilməsi məsələləri müzakirə olundu. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

"Bu həftə mən həm iqtidar, həm də müxalifət partiyaları ilə görüşmüşəm və hər iki görüşdə biz eyni məsələləri müzakirə etmişik. Növbəti il Azərbaycan üçün maraqlı bir il olacaq, çünki qarşıdan prezident seçkiləri gəlir. Hər bir seçki həmin ölkədəki insanların azad seçimidir və heç bir ölkə buna qarışmamalıdır", - Morninqstar bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti