...

İlham Əliyev Rusiyanın Həştərxan vilayəti qubernatorunu qəbul edib

Siyasət Materials 19 Dekabr 2012 15:30 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İlham Əliyev Rusiyanın Həştərxan vilayəti qubernatorunu qəbul edib

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı və bu əlaqələrin ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin daha da genişləndirilməsi baxımından önəmini qeyd etdi. Həştərxana səfərini və səfər zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılış mərasimində iştirakını məmnunluqla xatırlayan Prezident İlham Əliyev son illər ölkəmizlə Həştərxan vilayəti arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndiyini vurğuladı.

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan ilə Həştərxan vilayəti arasında ticarət dövriyyəsinin artmasından, iqtisadi əməkdaşlığın dinamik şəkildə inkişaf etməsindən məmnunluğunu bildirdi. Azərbaycanın Həştərxan vilayətində həyata keçirdiyi humanitar layihələrə görə minnətdarlığını ifadə edən qubernator Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə vilayətdə mühüm ekoloji layihənin həyata keçirilməsinin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti