...

Saakaşvili hökuməti istefaya göndərmək fikrində deyil

Siyasət Materials 21 Dekabr 2012 10:06 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili öz konstitusion hüququndan istifadə edərək hökuməti istefaya göndərməyə hazırlaşmır.
Saakaşvili hökuməti istefaya göndərmək fikrində deyil

Gürcüstan, Tbilisi, 21 dekabr / Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili öz konstitusion hüququndan istifadə edərək hökuməti istefaya göndərməyə hazırlaşmır.

"Konstitusiyanın mənə verdiyi hüquqdan istifadə etməklə bağlı konkret planlarım yoxdur və bununla bağlı heç bir işarə etməmişəm. Yeganə dediyim odur ki, əgər ölkədə bizim artıq 90-cı illərdə keçdiyimiz xaos və zorakılıq davam edərsə, bu, hamı üçün yaxşı nəticələnməyəcək... Mən hadisələrin radikal ssenari üzrə inkişaf etməsini istəmirəm", - Saakaşvili qeyd edib.

Qeyd edək ki, son günlər Prezidentlə hökumət arasında münasibətlər kəskin şəkildə pisləşib. Saakaşvili keçmiş nazirlərinin tutulmasına qəzəblənib və hazırkı hökuməti siyasi partiyaların yanaşı mövcudluğu prinsipini pozmaqda günahlandırır. Prezident "Məhkəmələr haqqında" qanun layihəsinə də veto qoymaq fikrindədir. Belə olan halda parlament əksəriyyəti ona "müvafiq addımlar" vəd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti