...

Pakistanın nüfuzlu qəzetində Azərbaycan Prezidenti İlham Əliyev haqqında məqalə dərc edilib

Siyasət Materials 24 Dekabr 2012 11:17 (UTC +04:00)
Pakistanın aparıcı və ən nüfuzlu ingilisdilli qəzeti olan “Daily Times”-ın 24 dekabr tarixli buraxılışında tanınmış jurnalist Maliha Maham Zamirin Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə həsr edilmiş “Azərbaycanın uzaqgörən lideri” adlı məqaləsi dərc edilib.
Pakistanın nüfuzlu qəzetində Azərbaycan Prezidenti İlham Əliyev haqqında məqalə dərc edilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Pakistanın aparıcı və ən nüfuzlu ingilisdilli qəzeti olan "Daily Times"-ın 24 dekabr tarixli buraxılışında tanınmış jurnalist Maliha Maham Zamirin Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə həsr edilmiş "Azərbaycanın uzaqgörən lideri" adlı məqaləsi dərc edilib.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqal, "20 il bundan qabaq erməni işğalı və 1 milyon qaçqın və məcburi köçkün axını ilə üzləşən, iqtisadiyyatı demək olar ki, dağılmış vəziyyətdə olan Azərbaycanın bugünkü kimi inkişaf etmiş ölkəyə çevirilməsinə inanmaq olmazdı" sözləri ilə başlayır.

Bildirilir ki, yüksək savada malik və müasir siyasət və iqtisadiyyatı yaxından bilən lider İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan sürətlə inkişaf edir.

Maliha M.Zamir öz yazısında Prezident İlham Əliyevin siyasi karyerasına nəzər salaraq, onun 1995 ildə parlamentin deputatı seçildiyini və Avropa Şurasında Azərbaycan nümayəndə heyətinə başçılıq etdiyini qeyd edib, 2003-cü və 2008-ci illərdə böyük səs çoxluğu ilə ölkənin prezidenti seçildiyini bildirib. "Daily Times"-ın jurnalisti 1994-2003-cü illərdə Azərbaycan dövlət neft kompaniyasının vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyevin rəhbərliyi altında Qərbin aparıcı neft şirkətləri ilə apardığı danışıqların uğurla nəticələndiyini və 1994-ci ildə Xəzərin neft ehtiyatlarının istismarına dair "Əsrin müqaviləsi"nin imzalandığını qeyd edib, bu sazişin ölkənin intibah dövrünün başlanğıc nöqtəsi kimi giymətləndirib.

Yazar ölkəmizin qısa bir zamanda əldə etdiyi iqtisadi uğurlardan, enerji strategiyasından, inşa edilmiş neft və qaz kəmərlərindən, tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizindən söz açmaqla yanaşı, Azərbaycanın dünyanın bir çox ölkələrinə çoxmilyardlıq investisiya qoyduğunu xüsusi qeyd edib. M.Zamir neft gəlirlərinin dövlət neft fondunda cəmləşdiyini və qeyri-neft sektorunun inkişafına istiqamətləndiyini bildirmiş, təkcə cari ildə bu sektorun 10 faizdən çox artdığını vurğulayıb.

Məqalədə, eyni zamanda, Azərbaycanın sənayesi, kənd təsərrüfatı, turizm, mədəniyyət və digər sahələrinin sürətlə inkişaf etdiyi qeyd edilib.

Jurnalist məqələsində "Eurovision 2012" mahnı müsabiqəsinin Azərbaycanda keçirildiyini bildirərək, dünyanın müxtəlif ölkələrindən gəlmiş minlərlə qonağın Bakının gözəlliyi və möhtəşəmliyinə valeh olduqlarını qeyd edib.

İlham Əliyevin, həmçinin Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsini tutduğunu bildirən yazar London Olimpiya Oyunlarında əldə edilmiş nəticələrdən, ölkəmizdə keçirilmiş futbol üzrə U-17 qadınlararasıdünya çempionatından söz açıb, ilk Avropa Olimpiya Oyunlarının 2015-ci ildə Bakıda keçiriləcəyini xüsusi vurğulayıb.

"Daily Times"-ın jurnalisti İlham Əliyevin Dağliq Qarabağ məsələsinin həlli yolunda apardığı genişmiqyaslı işlərdən söz açıb, BMT TŞ-nin 4 qətnaməsinə məhəl qoymayan Ermənistanın işğalçı siyasətinin davam etdiyini bildirib. Yazıda xarizmatik lider olan İlham Əliyevin ölkəsinin maraqlarını ali tutaraq balanslaşdırılmış siyasət apardığı qeyd edilib. Bildirilib ki, Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycan hər iki kontinentin siyasi-iqtisadi strukturlarına inteqrasiya olub. Jurnalist Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi faktını ölkə Prezidenti İlham Əliyevin apardığı xarici siyasətinin kulminasiya nöqtəsi adlandırıb.

Məqalədə Prezident İlham Əliyevin islam dəyərlərinin inkişafı yolunda apardığı işlərdən söz açılaraq, inşa edilmiş yüzlərlə məscidin, ziyarətgahın, təsis edilmiş dini təhsil ocaqlarının buna əyani sübut olduğu vurğulanıb.

"Daily Times"-ın yazısında İlham Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin inkişaf etdirilməsinə böyük önəm verdiyi, iki ölkə arasında səmimi dostluq əlaqələrinin yüksək səviyyədə olduğu qeyd edilib. Vurğulanıb ki, iki ölkə arasında həyatın, demək olar ki, bütün sahələrini əhatə edən ikitərəfli sazişlər imzalanıb.

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:

http://www.dailytimes.com.pk/default.asp?page=2012%5C12%5C24%5Cstory_24-12-2012_pg7_18

Məqalədə:
Xəbər lenti

Xəbər lenti