...

Sudanın ən aparıcı televiziya kanalında Azərbaycanla bağlı veriliş efirə gedib

Siyasət Materials 24 Dekabr 2012 15:17 (UTC +04:00)
Sudanın ən aparıcı televiziya kanallarından olan “Əl-Şuruq”da Azərbaycanın Misirdəki səfir Şahin Abdullayevin (Sudanda da akkreditasiya olunub) iştirakı ilə 30 dəqiqəlik veriliş efirə gedib.
Sudanın ən aparıcı televiziya kanalında Azərbaycanla bağlı veriliş efirə gedib

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Sudanın ən aparıcı televiziya kanallarından olan "Əl-Şuruq"da Azərbaycanın Misirdəki səfir Şahin Abdullayevin (Sudanda da akkreditasiya olunub) iştirakı ilə 30 dəqiqəlik veriliş efirə gedib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, verilişdə Azərbaycanın zəngin tarixi haqqında məlumat verən Abdullayev Azərbaycanın öz müstəqilliyini ilk dəfə 1918-ci ildə qazandığı və bununla da Şərqin ilk parlamentli respublikasının Azərbaycanda təşəkkül tapdığını qeyd edərək, SSRİ-nin dağılması ilə Azərbaycanın milli müstəqilliyinə qədəm qoyması, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan torpaqlarının 20 faizinin işğalı, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün halına düşdüyü barədə ətraflı danışıb.

Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsində Azərbaycanın xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətlərindən danışan səfir Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın siyasi, iqtisadi, sosial, elm-təhsil və sair sahələrdə əldə etdiyi uğurları haqqında tamaşaçılara geniş məlumat verib.

O, Azərbaycanın neft-qaz strategiyası haqqında danışaraq, Azərbaycanın dünyada ilk neft istehsal edən ölkə olduğunu və bu gün Azərbaycanın dünyanın enerji təhlükəsizliyində oynadığı rolu diqqətə çatdırıb.

Səfir Azərbaycanın açıq, şəffaf və tarazlı xarici siyasət yürütdüyünü və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunduğunu qeyd edərək, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin bunun bariz nümunəsi olduğunu nəzərə çatdırıb.

Azərbaycanın ərəb-İslam dünyası ilə tarixi əlaqələrindən danışan Abdullayev Azərbaycanın xarici siyasətində ərəb ölkələri, o cümlədən Sudan ilə əlaqələrin inkişafına verilən əhəmiyyəti qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti