...

Jirinovski Moskva metrosunda “Bakı” stansiyasının açılmasını təklif edir

Siyasət Materials 25 Dekabr 2012 10:07 (UTC +04:00)
RLDP-nin lideri, partiyanın Rusiya Dövlət Dumasındakı fraksiyasının rəhbəri Vladimir Jirinovski Moskvada metronun “Almaatı” stansiyasının açılışını alqışlayıb.
Jirinovski Moskva metrosunda “Bakı” stansiyasının açılmasını təklif edir

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir X.Murtuzayeva/

RLDP-nin lideri, partiyanın Rusiya Dövlət Dumasındakı fraksiyasının rəhbəri Vladimir Jirinovski Moskvada metronun "Almaatı" stansiyasının açılışını alqışlayıb.

Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, tədbirdə çıxışı zamanı o, Moskva Metropoliteninin yeni stansiyalarını keçmiş müttəfiq respublikaların paytaxtları şərəfinə adlandırmaq barədə maraqlı təkliflə çıxış edib.

Onun fikrincə, bu, tarixi yaddaş və mehriban qonşuluq münasibətlərinin simvolu ola bilər.

"Biz uzun müddət bir ölkənin çərçivəsində yaşamışıq. Bizi ümumi keçmiş birləşdirir. Bu, bizim sizinlə olan tariximizdir. Və əgər Moskva metrosunda keçmiş müttəfiq respublikaların şərəfində adlandırılan stansiyalar meydana çıxarsa, bu, dostluğun simvolu olacaq. Paytaxt sakinləri və qonaqlar "Bakı", "Daşkənd", "Düşənbə" stansiyalarına girəndə onların yadına bizim tarixi əlaqələrimiz düşəcək. Bu, dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək", - Jirinovski deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti