...

Gəncədə abadlıq və yenidənqurma işlərinin sürətləndirilməsi məqsədilə 3 milyon manat ayrıldı

Siyasət Materials 29 Dekabr 2012 19:05 (UTC +04:00)
Azərbaycan Prezidenti Gəncə şəhərində abadlıq və yenidənqurma işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Gəncədə abadlıq və yenidənqurma işlərinin sürətləndirilməsi məqsədilə 3 milyon manat ayrıldı

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Azərbaycan Prezidenti Gəncə şəhərində abadlıq və yenidənqurma işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Prezident Sərəncamda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Gəncə şəhərində aparılan abadlıq və yenidənqurma işlərini sürətləndirmək məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti