...

Gürcüstan GUAM-a sədrliyə başladı

Siyasət Materials 2 Yanvar 2013 12:28 (UTC +04:00)
Gürcüstan 2013-cü il yanvarın 1-dən rəsmən GUAM-a sədrliyə başlayıb.
Gürcüstan GUAM-a sədrliyə başladı

Gürcüstan, Tbilisi, 2 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan 2013-cü il yanvarın 1-dən rəsmən GUAM-a sədrliyə başlayıb.

Trend-in məlumatına görə, Gürcüstanın xarici işlər naziri Maya Pancikidze bildirib ki, ölkə keçən il dekabrın 7-də Dublində ATƏT nazirlərinin görüşü çərçivəsində keçirilən bu qurumun Xarici İşlər Nazirləri Şurasının iclasında GUAM-ın sədrliyini qəbul edib.

GUAM-a sədrlik Azərbaycandan Gürcüstana keçib.

"Sədrlik dövründə Gürcüstan bu birliyi genişləndirməyi planlaşdırır. Cənubi Koreyanın təşkilatın tərəfdaş ölkəsi olacağı gözlənilir. Biz münasibətləri təkcə xarici işlər nazirləri deyil, sahə nazirlikləri və parlament qrupları səviyyəsində də genişləndirməyi nəzərdə tutmuşuq", - Pancikidze əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti