Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir R.Hafizoğlu/
Suriyada Türkiyə pilotları saxlanılmayıb, Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Məlumatı Anadolu agentliyi yayıb.
Davudoğlunun sözlərinə görə, bu cür məlumatların yayılması Türkiyəyə qarşı psixoloji müharibədir.
Qeyd edək ki, bir müddət öncə Suriyanın hökumətyönümlü qəzeti olan "Əl-Vətən"-ə istinadən məlumat yayılmışdır ki, ölkələrində hərbi qruplaşmaların içərisində olan Türkiyə pilotları saxlanılıb.