Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir A.Tağıyeva/
İranın xarici işlər naziri Əli Əkbər Salehi türkiyəli həmkarı Əhməd Davudoğluna telefon açıb. Bu barədə Trend Türkiyə XİN-in cümə axşamı yaydığı məlumata istinadən xəbər verir.
Salehi bir müddət əvvəl Suriyada müxalifət qüvvələri tərəfindən saxlanılan 48 İran vətəndaşının azad edilməsində Türkiyənin göstərdiyi köməyə görə Davudoğluna təşəkkürünü bildirib.
Qeyd edək ki, bir müddət əvvəl müxalifət qüvvələri tərəfindən Suriya ərazisində saxlanılan 48 İran vətəndaşı dünən azad edilib.