Azərbaycan, Bakı, 16 yanvar /Trend/
Prezident İlham Əliyev Eleonora Məcid qızı Hüseynovanın Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Dövlət başçısı, həmçinin Rövşən Şamil oğlu Cəmşidovun Azərbaycan Respublikasının Avstraliya İttifaqında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Rövşən Cəmşidov Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.