...

Səudiyyə Ərəbistanı Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Siyasət Materials 17 Yanvar 2013 16:14 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Fəhd bin Əli əd-Dosərini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Səudiyyə Ərəbistanı Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Fəhd bin Əli əd-Dosərini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Məmmədyarov Fəhd bin Əli əd-Dosərinin ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirib və səfirin iki ölkə arasındakı münasibətlərin inkişafına töhfə verdiyini qeyd edib.

Görüşdə, həmçinin ikitərəfli münasibətlərin hazırkı vəziyyəti müzakirə edilib və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə edilib.

Nazir səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. Əd-Dosəri də, öz növbəsində, ölkəmizdən xoş təəssüratlarla ayrıldığını qeyd edib və rəsmi ər-Riyadın Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti