...

Prezident İlham Əliyev "Holcim Group" şirkətinin rəhbəri Bernard Fontana ilə görüşüb

Siyasət Materials 23 Yanvar 2013 15:21 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Davosda "Holcim Group" şirkətinin rəhbəri Bernard Fontana ilə görüşüb.
Prezident İlham Əliyev "Holcim Group" şirkətinin rəhbəri Bernard Fontana ilə görüşüb

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Davosda "Holcim Group" şirkətinin rəhbəri Bernard Fontana ilə görüşüb.

Ötən il Bakıda "Holcim Group" şirkətinin sement zavodunun açılışında Prezident İlham Əliyevin iştirakını məmnunluqla xatırladan Bernard Fontana Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli şəraitin mövcudluğunu yüksək qiymətləndirdi. Bu şəraitin səmərəli fəaliyyət üçün yaxşı zəmin yaratdığını bildirdi.

Prezident İlham Əliyev "Holcim Group" şirkəti tərəfindən Azərbaycana sərmayə yatırılmasının önəmini qeyd etdi. Dövlətimizin başçısı bu şirkət ilə ölkəmiz arasında əməkdaşlığın İsveçrə-Azərbaycan iqtisadi əlaqələrinin inkişafına töhfə verdiyini vurğuladı.

Görüşdə Azərbaycan-İsveçrə biznes əlaqələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti