...

Sovet qoşunlarının Zaqafqaziyadan qovulması Ermənistandan başladı

Siyasət Materials 28 Yanvar 2013 13:36 (UTC +04:00)
SSRİ-nin dağılması prosesi ciddi tədqiqata ehtiyac duyur. Ən azı SSRİ-də indi postsovet məkanında olan qədər analitik mərkəzlər fəaliyyət göstərməyib.
Sovet qoşunlarının Zaqafqaziyadan qovulması Ermənistandan başladı

Mübariz Əhmədoğlu, Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq

SSRİ-nin dağılması prosesi ciddi tədqiqata ehtiyac duyur. Ən azı SSRİ-də indi postsovet məkanında olan qədər analitik mərkəzlər fəaliyyət göstərməyib. Bu, yeri gəlsə, sovet ideologiyasının mahiyyətinə zidd idi. SSRİ-nin dağılmasının tədqiq edilməməsi özü yeni səhv addımlara şərait yaradır. Nəticədə Rusiya özü yenidən ciddi təhlükə ilə üzləşə bilər. SSRİ-nin dağılması kimi geosiyasi fəlakətin fəsadları hələ də aradan qaldırılmayıb.

SSRİ-nin dağılmasında ən fəal rol oynayan ermənilər idi. ABŞ prezidenti R.Reyqanın ətrafında çoxlu sayda yüksək çinli ermənilər var idi. Bu ermənilərin bir çoxu ata Corc Buşun dövründə də fəaliyyətdə idilər. Nə Baltikyanı xalqların, nə də digər xalqların ABŞ-da, Avropada bu qədər güclü lobbisi olmayıb. Ermənilər o zaman Moskvada da xeyli güclü idilər.

Azərbaycanın kiçik bir addımı SSRİ rəhbərliyinə böyük bir faciə kimi təqdim olunurdu. Ermənilərin SSRİ-ni dağıtmaq adı ilə keçirdiyi mitinqlər isə təsiri olmayan proses kimi qələmə verilirdi.

Eynilə belə vəziyyət Ermənistanda və Azərbaycanda dislokasiya olunmuş Sovet qoşunlarına aid idi. Sovet qoşunlarının Zaqafqaziyadan qovulması Ermənistandan başladı. 1991-ci ilin birinci yarısında ermənilər 7-ci ordunun taleyini artıq həll etmişdilər. Faktiki bu ordu mövcud deyildi, onun ermənilərə təhvil verilməsi başlanmışdı. Təbliğat mexanizmi elə qurulub ki, bu faktı heç kim bilmir. Amma hamı 1992-ci ildə Azərbaycanda Sovet ordusuna qarşı etirazlardan xəbərdardır. Yeri gəlmişkən, rus ekspertlərindən heç birisi 1991-ci ilin mart referendumuna Ermənistanın münasibəti barədə danışmaq istəmir. Bu mövzuda danışanlar isə Ermənistanın SSRİ-nin mövcudluğuna rədd cavabını ört-basdır etməklə məşğuldurlar.

Bu gün Ermənistanda ordunun yaranmasının 21-ci ildönümünü qeyd edirlər. Ermənilər Sovet dövründə qoşunları qovmaqla bağlı əldə etdikləri təcrübəni indi Rusiyanın 102-ci hərbi bazasına qarşı tətbiq etmək niyyətindədirlər. Müdafiə naziri S.Ohanyanın 102-ci bazasının hərbi texnikasının bütün Ermənistan ərazisinə səpələnməsi ideyasının arxasında bu dayanır.

Ermənilər Rusiyanın hərbi-siyasi imkanlarından öz maraqları üçün daim istifadə ediblər. Lakin həmişə əlverişli məqamda xəyanət edərək üz döndəriblər. Ermənilərin sonu xəyanətlə bitən davranışlarının qarşısını almaq mümkündür.

Rus qoşunlarının müstəqil Ermənistana qayıtmasının tarixi ermənilərlə rəftarın metodologiyasını bunu göstərir. Azərbaycan qoşunları Dağlıq Qarabağın paytaxtı Xankəndinin 5-6 kilometrliyinə çatanda Ermənistanın o zamankı prezidenti L.Ter-Petrosyan Moskvaya qaçdı və rus hərbi hissələrini Ermənistana qaytarmağı təkidlə xahiş etdi. Sovet-rus qoşunları Azərbaycan ordusunun hücumunun qabağını aldı.

Zəngəzur SSRİ yarananda Azərbaycanın tərkibində idi. 1923-cü ildə onu Ermənistana verdilər. Zəngəzur Azərbaycana qayıdacaqsa, Ermənistan və dünya erməniləri rus imperiyasının sadiq və sakit təbəələri olacaq. Zəngəzurun Azərbaycana qaytarılması mühüm geosiyasi məsələdir, Zəngəzur Azərbaycana qayıdarsa, regionda təhlükəsizliyi pozmaq iştahı olan qüvvələrin iştahı pozulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti