...

İran Münhen təhlükəsizlik konfransında iştirak edəcək

Siyasət Materials 1 Fevral 2013 16:24 (UTC +04:00)
İran fevralın 1-3-də keçiriləcək 49-cu Münhen təhlükəsizlik konfransında iştirak edəcək. Bu barədə Trend cümə günü Press TV-yə istinadən məlumat verir.
İran Münhen təhlükəsizlik konfransında iştirak edəcək

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.Tariverdiyeva/

İran fevralın 1-3-də keçiriləcək 49-cu Münhen təhlükəsizlik konfransında iştirak edəcək. Bu barədə Trend cümə günü Press TV-yə istinadən məlumat verir.

Ölkəni konfransda xarici işlər naziri Əli Əkbər Salehi təmsil edəcək.

"Təhlükəsizlik konfransı hər il keçirilir və İran bu il konfransda iştirak edəcək", - Salehi jurnalistlərə deyib.

Konfransın əsas müzakirə mövzuları Avropadakı böhran və Aİ-nin gələcəyi, Avroatlantik birliyin perspektivləri, Cənub-Şərqi Avropa və Qafqazda təhlükəsizlik və sabitlik məsələləri olacaq.

Konfrans çərçivəsində Mali, Misir və Suriyada davam edən böhran, İran məsələsi diqqət mərkəzində olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti