...

Sarqisyanın seçkiqabağı kampaniyasında növbəti insident baş verib

Siyasət Materials 7 Fevral 2013 14:00 (UTC +04:00)
Çərşənbə günü Ermənistan prezidentliyinə namizəd, indki dövlət başçısı Serj Sarkisyanın Armavir vilayətində seçkiqabağı görüşü olub.
Sarqisyanın seçkiqabağı kampaniyasında növbəti insident baş verib

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Çərşənbə günü Ermənistan prezidentliyinə namizəd, indki dövlət başçısı Serj Sarkisyanın Armavir vilayətində seçkiqabağı görüşü olub.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, qapalı zalda keçirilən görüşdə orduda həlak olan hərbçinin anası Nona Muradyan Sarqisyanın çıxışı zamanı "Budur əsgərlərin öldürüldüyü, təmin edilmiş Ermənistan!" deyərək qışqırıb.

Sarkisyanın çıxışı ərzində ölmüş əsgərin anası qışqırıb və oğlunun başına gələnlər barədə danışıb. Sarkisyan qadının səsini mikrofonun köməyi ilə batıraraq çıxışını davam etdirib.

Görüşün sonunda Sarkisyan qadına yaxınlaşıb onun etirazının səbəbini öyrənməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti