...

Ermənistan prezidentliyinə namizəd Konstitusiya Məhkəməsinə müraciət edəcək

Siyasət Materials 8 Fevral 2013 17:46 (UTC +04:00)
Ermənistan prezidentliyinə namizəd Paruyr Hayrikyan seçkilərin 2 həftə təxirə salınması xahişi ilə Konstitusiya Məhkəməsinə müraciət edəcək.
Ermənistan prezidentliyinə namizəd Konstitusiya Məhkəməsinə müraciət edəcək

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Ermənistan prezidentliyinə namizəd Paruyr Hayrikyan seçkilərin 2 həftə təxirə salınması xahişi ilə Konstitusiya Məhkəməsinə müraciət edəcək.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, Hayrikyan bəyanatı bu gün vermək istədiyini bildirib. Hazırda vəkil bəzi nüansları dəqiqləşdirir.

Bəyanatda qeyd edilib ki, məhkəmə müraciətə baxacağı 3-4 gün ərzində Hayrikyanın vəziyyətinin yaxşılaşması ehtimalının olması və bununla da seçkiqabağı təşviqat kampaniyası aparmaq imkanı yarandığına görə namizədin seçkilərin təxirə salınması tələbindən imtina etmək hüququ olmalıdır.

Onun sözlərinə görə, səhhəti normaldır, lakin sağ əlində ağrı var.

Sabah onun xəstəxanadan buraxılacağı tarix məlum olacaq.

Qeyd edək ki, yanvarın 31-də Hayrikyana qarşı sui-qəsd törədilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti