...

İran XİN rəhbəri Almatıda "altılıq" ilə danışıqların konstruktiv xarakterinə ümid edir

Siyasət Materials 12 Fevral 2013 14:12 (UTC +04:00)
İran fevralın 26-da Qazaxıstanın Almatı şəhərində ölkənin nüvə proqramı üzrə "altılıq" ölkələrinin iclası zamanı konstruktiv addımların atılacağına ümid edir.
İran XİN rəhbəri Almatıda "altılıq" ilə danışıqların konstruktiv xarakterinə ümid edir

Azərbaycan, Bakı, 12 fevral /Trend/

İran fevralın 26-da Qazaxıstanın Almatı şəhərində ölkənin nüvə proqramı üzrə "altılıq" ölkələrinin iclası zamanı konstruktiv addımların atılacağına ümid edir. Trend-in çərşənbə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib.

"Altılıq" ölkələrinin iclası zamanı konstruktiv addımların atılacağına ümid ediik", - o, bu gün Moskvada Rusiya-İran ikitərəfli hökumətlərarası komissiyasının iclasından sonra jurnalistlərə deyib.

Onun sözlərinə görə, artıq 10 ildən çox mövcud olan İranın nüvə proqramı üzrə süni problem İran və Qərb ölkələrinə qarşı ədalətsiz çağırışdır.

"Bu problemə üç tərəfdən - texniki, hüquqi və siyasi tərəfdən baxmaq olar. Texniki tərəfdən baxsaq, ekspertlər yaxşı başa düşürlər ki, burada problem yoxdur. Bu məsələyə siyasi aspekt əlavə edildikdən sonra problemin həllində çətinlik yarandı", - nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti