...

İlham Əliyev Litvanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 6 Mart 2013 16:36 (UTC +04:00)
2013-cü ildə Avropa İttifaqına sədrlik edəcək Litva Respublikasının xarici işlər naziri Linas Linkyeviçyus Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin salamlarını dövlətimizin başçısına çatdırdı.
İlham Əliyev Litvanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 6 mart /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev martın 6-da Litvanın xarici işlər naziri Linas Linkyeviçyusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

2013-cü ildə Avropa İttifaqına sədrlik edəcək Litva Respublikasının xarici işlər naziri Linas Linkyeviçyus Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fülenin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlığı ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ştefan Füleyə çatdırmağı xahiş etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti