Azərbaycan, Bakı, 7 mart /Trend/
Venesuelada keçiriləcək prezident seçkilərində müxalifətin vahid namidəzi Enrike Kapriles ola bilər. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, Kapriles hələ rəsmi şəkildə prezident seçkilərində iştirakla bağlı qərar verməsə də, venesuelalıları birliyə çağırıb.
40 yaşlı Kapriles Miranda vilayətinə rəhbərlik edir və "Hər şeydən əvvəl ədalət" patiyasının üzvüdür.
2012-ci ilin iyun ayında seçki kampaniyasında Uqo Çavesə məğlub olub.
Məlumatda bildirilir ki, Kaprilesin rəqibi vitse-prezident və Uqo Çavesin rəsmi varisi Nikolas Maduro ola bilər.
İctimai rəy sorğusuna görə, Venesuela əhalisinin 50 faizi N.Maduraya, 36 faizi isə E.Kaprilesa səs verməyə hazırdır.