...

ABŞ-da Nümayəndələr Palatası dövlət proqramlarının maliyyələşdirilməsini təsdiqləyib

Siyasət Materials 7 Mart 2013 08:33 (UTC +04:00)
ABŞ-da Nümayəndələr Palatası 2013-cü ilin sentyabr ayının 30-dək dövlət proqramlarının maliyyələşdirilməsi haqqında qanun layihəsini təsdiqləyib.
ABŞ-da Nümayəndələr Palatası dövlət proqramlarının maliyyələşdirilməsini təsdiqləyib

Azəbaycan, Bakı, 7 mart /Trend/

ABŞ-da Nümayəndələr Palatası 2013-cü ilin sentyabr ayının 30-dək dövlət proqramlarının maliyyələşdirilməsi haqqında qanun layihəsini təsdiqləyib. Trend-in RBK-ya istinadən verdiyi xəbərdə deyilir ki, əgər Konqresin aşağı palatasında məsələ ilə bağlı razılaşma olmasaydı, o zaman martın 27-dən ABŞ-ın dövlət orqanlarının maliyyələşdirilməsi dayandırıla bilərdi.

Məlumatda deyilir ki, səsvermədə 267 konqresmen layihənin leyihə, 151 nəfər isə əleyhinə səs verib.

Qanun layihəsinə palatada üstünlüyə malik olan respublikaçılar dəstək veriblər, amma demokratlar layihənin əleyhinə səs veriblər.

Layihəyə etirazın əsas səbəbi isə qəbul edilən qanunda perspektivdə dövlət büdcəsi ilə bağlı daha sərt addımların atılması üçün imkanlar olmasıdır.

Demokratlar təklif edirdilər ki, vergiləri artırmaqla vergi itkilərini balanslaşdırsınlar.

"Bu qanunun bir sıra çatışmazlıqları var. Lakin hər şeydən əvvəl sekvestrə görə, 750 min iş yerinin itirilməsinin qarşısını ala bilməyəcək" - deyə demokrat-konqressmen Kris Van Hollen söyləyib.

Demokratların gələn həftə Senatda qanun layihəsini dəstəkləyəcəkləri gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti