...

Macarıstan Kənd İnkişafı Nazirliyinin dövlət katibi Azərbaycana gəlir

Siyasət Materials 7 Mart 2013 19:53 (UTC +04:00)
Macarıstan Kənd İnkişafı Nazirliyinin dövlət katibi Dula Budainin rəhbərlik etdiyi nümayəndə heyəti 12-14 mart tarixlərində Azərbaycanda səfərdə olacaq.
Macarıstan Kənd İnkişafı Nazirliyinin dövlət katibi Azərbaycana gəlir

Azərbaycan, Bakı, 7 mart /Trend/

Macarıstan Kənd İnkişafı Nazirliyinin dövlət katibi Dula Budainin rəhbərlik etdiyi nümayəndə heyəti 12-14 mart tarixlərində Azərbaycanda səfərdə olacaq.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Macarıstanın heyvandarlıq, quşçuluq, yemçilik, kənd təsərrüfatı maşın və mexanizmləri, ətraf mühitin qorunması, biotexnologiya, ərzaq mallarının istehsalı və qablaşdırılması, virusa davamlı məhsulların yetişdirilməsi sahələri üzrə ixtisaslaşan aparıcı şirkət və firmalarının təmsilçiləri daxildir.

Səfər çərçivəsində hər iki ölkənin dövlət qurumlarının və biznes dairələrinin iştirakı ilə ərzaq istehsalı və kənd təsərrüfatı üzrə I Azərbaycan-Macarıstan forumunun keçirilməsi nəzərdə tutulur.

Macar qonaqlar, eyni zamanda, Azərbaycan Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirliklərində görüşlər keçirəcək, yerli istehsalın imkan və tələbatını öyrənmək məqsədi ilə bir sıra kənd təsərrüfatı müəssisələrinin və heyvandarlıq şirkətlərinin fəaliyyəti ilə tanış olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti