...

TÜRKPA-nın Baş katibi ATƏT-Avstraliya konfransında iştirak edəcək

Siyasət Materials 13 Mart 2013 12:36 (UTC +04:00)
TÜRKPA-nın Baş katibi Ramil Həsənovun başçılığı altında nümayəndə heyəti martın 18-21-də “Gender balansının beynəlxalq təhlükəsizliyinin təkmilləşdirilməsi” mövzusunda keçiriləcək ATƏT-Avstraliya konfransında iştirak edəcək.
TÜRKPA-nın Baş katibi ATƏT-Avstraliya konfransında iştirak edəcək

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir İ.İsabalayeva/
.
TÜRKPA-nın Baş katibi Ramil Həsənovun başçılığı altında nümayəndə heyəti martın 18-21-də "Gender balansının beynəlxalq təhlükəsizliyinin təkmilləşdirilməsi" mövzusunda keçiriləcək ATƏT-Avstraliya konfransında iştirak edəcək.

TÜRKPA-dan çərşənbə günü Trend-ə verilən məlumata görə, konfransın məqsədi gender balansının təkmilləşdirilməsidir. Müzakirələrin əsas mövzusu qadınlara qarşı zorakılıqla mübarizə, qadınların terrorçu məqsədlər və insan alverinin bütün formalarında istismarının qarşısının alınması və qadınların iqtisadi imkanlarının genişləndirilməsinin təşviqi olacaq. Konfransda təcrübədən çıxarılmış nəticələr və Asiya-Sakit Okean perspektivindən yaranan məsələlərlə bağlı fikir mübadiləsi üçün imkan yaranacaq.

Konfrans çərçivəsində Ramil Həsənov "Gender balansının qorunması və qadınlara qarşı zorakılıqla mübarizədə beynəlxalq təşkilatların önəmi" mövzularında çıxış edəcək. Konfrans çərçivəsində TÜRKPA-nın Baş katibinin Türkiyənin ATƏT yanındakı daimi nümayəndəsi Tacan İldem, ATƏT-in Baş katibi Lamberto Zannier və digər beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli və çoxtərəfli görüşləri nəzərdə tutulub.

Konfrans martın 19-da Flinders Universiteti tərəfindən "Struktur Dəyişikliyi Zamanı Etimadın Qurulması" mövzusunda təşkil olunmuş seminarla davam edəcək.

Səfər zamanı TÜRKPA Baş katibini beynəlxalq əməkdaşlıq və protokol üzrə katib Anar Rəhimov müşayiət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti