Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir İ.İzzət/
Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Trend-in məlumatına görə, nümayəndə heyətində quru qoşunları, hərbi hava, hərbi dəniz qüvvələri, Silahlı Qüvvələrin Baş Qərargahının və digər qoşun növlərinin zabit və generalları var.
Martın 15-dək davam edəcək səfər çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi qurumlarında görüşlər keçiriləcək.
Görüşlərdə ikitərəfli hərbi əməkdaşlığın perspektivləri müzakirə ediləcək.
Türkiyə Silahlı Qüvvələrinin generalları Azərbaycanda səfərdədir
Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
