...

ABŞ-ın dövlət katibi Çinə, Cənubi Koreyaya və Yaponiyaya səfər edəcək

Siyasət Materials 15 Mart 2013 00:16 (UTC +04:00)
ABŞ-ın dövlət katibi Con Kerri aprel ayının ortalarında regional problemlərin həlli və ikitərəfli münasibətlərin müzakirəsi üçün Çinə, Cənubi Koreyaya və Yaponiyaya səfər edəcək.
ABŞ-ın dövlət katibi Çinə, Cənubi Koreyaya və Yaponiyaya səfər edəcək

Azərbaycan, Bakı, 15 mart /Trend/

ABŞ-ın dövlət katibi Con Kerri aprel ayının ortalarında regional problemlərin həlli və ikitərəfli münasibətlərin müzakirəsi üçün Çinə, Cənubi Koreyaya və Yaponiyaya səfər edəcək. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda deyilir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Viktoriya Nuland deyib.

"Aprel ayının 10-12 tarixlərində Londonda keçiriləcək "Böyük səkkizlərin" sammitindən sonra Kerri Asiya turnesinə çıxacaq. O, Çinə, Koreya Respublikasına və Yaponiyaya səfər edəcək. Dövlət katibi hər bir ölkədə beynəlxalq, regional və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək" - deyə Nuland əlavə edib.

Nuland bildirib ki, Kerri bu səfərilə ABŞ-ın regiondakı mövcudluğunu və ölkənin maraqlarını təsdiqləyəcək.

Xəbər lenti

Xəbər lenti