Azərbaycan, Bakı, 15 mart /Trend/
Liviyada ABŞ səfirliyinə edilmiş və səfir Kris Stivensin ölümü ilə nəticələnmiş hücumda iştirak etmiş şübhəli şəxs həbs olunub. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, şübhəli Fərəc əl-Şibli artıq iki gündür ki, həbsdədir.
Məlumatda bildirilir ki, o, tutulmamışdan bir müddət öncə Pakistandan qayıdıb.
O, 1990-cı illərin ortalarında Qəddafiyə qarşı başlanmış üsyanın iştirakçısı olub.
Fərəc əl-Şiblinin həbsi ilə bağlı hələ ki, rəsmi mövqe açıqlanmayıb.