Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir A.Tağıyeva/
Türkiyə Ermənistanla birgə 1915-ci il hadisələrini araşdıracaq tarixçilərdən ibarət ortaq komissiyanın yaradılmasına hazırdır. Trend-in məlumatına görə, bu barədə cümə günü Abdullah Gülün çıxışına istinadən "Haber3" qəzeti xəbər yayıb.
Onun sözlərinə görə, tarixi hadisələrin araşdırılması deputat və siyasətçilərin yox, tarixçilərin işidir. Gül qeyd edib ki, 1915-ci il hadisələrinin araşdırılmasında üçüncü ölkələr də iştirak edə bilərlər.