...

Azərbaycan və Serbiya arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında saziş ratifikasiya ediləcək

Siyasət Materials 15 Mart 2013 11:43 (UTC +04:00)
Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan və Serbiya arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında sazişin radifikasiyası müzakirəyə çıxarılıb.
Azərbaycan və Serbiya arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında saziş ratifikasiya ediləcək

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir M.Əliyev/

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Azərbaycan və Serbiya arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında sazişin ratifikasiyası müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, sənəd barədə məlumat verən komitə sədri Eldar İbrahimov bildirib ki, bu gün Azərbaycanla Balkan ölkələri arasında sıx əlaqələr mövcuddur və məhz bu münasibətlərin nəticəsi olaraq Serbiya prezidentinin bu yaxınlarda ölkəmizə səfəri zamanı belə bir sənəd imzalanıb.

Saziş heyvanların və heyvan mənşəli məhsulların dövriyyəsinin asanlaşdırılmasını, eyni zamanda yoluxucu heyvan xəstəliklərini, heyvan mənşəli təhlükəli məhsulların daxil olmasının qarşının alınmasını özündə ehtiva edir.

Sənəd,həmçinin baytarlıq sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edir. Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti