...

Oqtay Əsədov: Azərbaycanda bundan sonra da əhalinin həyat durumunun yaxşılaşdırılması istiqamətində siyasət davam etdiriləcək

Siyasət Materials 15 Mart 2013 12:24 (UTC +04:00)
Milli Məclisin cümə günü keçirilən iclası mərhum deputat Hikmət Atayevin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başladı.
Oqtay Əsədov: Azərbaycanda bundan sonra da əhalinin həyat durumunun yaxşılaşdırılması istiqamətində siyasət davam etdiriləcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir M.Əliyev/

Milli Məclisin cümə günü keçirilən iclası mərhum deputat Hikmət Atayevin xatirəsinin 1 dəqiqəlik sükutla anılması ilə başladı.

Qeyd edək ki, parlamentin martın 15-də keçirilən iclasında Azərbaycan hökumətinin 2012-ci ildə fəaliyyəti barədə hesabatı dinlənilir.

Trend-in məlumatına görə, spiker Oqtay Əsədov iclasın açılışında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət öz nəticəsini verir.

"Dünyada qlobal tənəzzülün olmasına baxmayaraq, Azərbaycanın makroiqtisadi göstəriciləri artır və transmilli layihələr icra olunur", - o deyib.

Spiker bildirib ki, bu artımın nəticəsi olaraq adambaşına düşən gəlir 7,5 min ABŞ dollarına çatıb. 2012-ci ildə Azərbaycan iqtisadiyyatının stimullaşdırılması üçün 20 milyard dollardan artıq vəsait yatırılıb, Neft Fondunun gəlirləri isə 34 milyard dollara çatıb. O, həmçinin qeyd edib ki, ölkədə böyük sənaye parkları salınır, bu sahənin inkişafı üçün ölkə başçısının sərəncamı ilə şirkətlər 7 il vergi tutulmalarından azad edilib.

Spiker Oqtay Əsədov vurğulayıb ki, Azərbaycanda bundan sonra əhalinin sosial həyat durumunun yaxşılaşdırılması, qabaqcıl texnologiyaların tətbiqi, ərzaq təhlükəsizliyinin təmini, insan potensialından düzgün istifadə olunması istiqamətində siyasət davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti