...

Azərbaycanın birinci vitse-spikeri İrəvan-Van-İrəvan birbaşa aviareysinin açılması ilə bağlı mövqeyini bildirib

Siyasət Materials 18 Mart 2013 12:21 (UTC +04:00)
Türkiyə Azərbaycanla dost və qardaş ölkə olmaqla yanaşı strateji tərəfdaşıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bazar ertəsi jurnalistlərə aprelin 3-də açılacaq İrəvan-Van-İrəvan birbaşa aviareysi ilə bağlı məsələni şərh edərkən deyib.
Azərbaycanın birinci vitse-spikeri İrəvan-Van-İrəvan birbaşa aviareysinin açılması ilə bağlı mövqeyini bildirib

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir E.Mehdiyev/

Türkiyə Azərbaycanla dost və qardaş ölkə olmaqla yanaşı eyni zamanda strateji tərəfdaşdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bazar ertəsi jurnalistlərə aprelin 3-də açılacaq İrəvan-Van-İrəvan birbaşa aviareysi ilə bağlı məsələni şərh edərkən deyib.

Əsgərovun sözlərinə görə, hər halda bu məsələnin müəyyən qədər araşdırılmasına ehtiyac var.

"Amma bir şeyi nəzərə almaq lazımdır ki, Türkiyə Azərbaycanın haqq səsini birbaşa müdafiə edir. Bu günə qədər Ermənistanla sərhədlərini açmayıb. Türkiyənin bundan sonra da Ermənistanla sərhədlərini açmaq niyyəti yoxdur. Mənim bildiyimə görə, bu, xüsusi bir şirkətin həyata keçirəcəyi təyyarə reysi olacaq. Amma hər bir halda bizim bunun niyə və nə üçün baş verdiyini bilməyə haqqımız var. Hesab edirəm ki, yaqin ki, bununla bağlı açıqlama olacaq", Əsgərov əlavə edib.

İrəvan-Van aviareysinin açılması şəxsi təşəbbüsdür, dövlət tərəfindən deyil. Trend-in məlumatına görə, bu açıqlamanı isə bazar ertəsi jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun verib.

O qeyd edib ki, Türkiyə hər bir məsələdə Azərbaycanın yanındadır.

"Türkiyənin Qarabağ məsələsində mövqeyi hamıya məlumdur. Ölkəmizin mövqeyində hansısa dəyişiklik olduğuna şübhə etməyə heç bir əsas yoxdur. Türkiyə-Azərbaycan münasibətləri o qədər möhkəmdir ki, hansısa aviareysin açılması bu münasibətləri korlaya bilməz", səfir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti