...

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə gənc azərbaycanlı həkimlərin forumu keçiriləcək

Siyasət Materials 22 Mart 2013 16:01 (UTC +04:00)
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiyada çalışan gənc azərbaycanlı həkimlərin birinci forumu keçiriləcək.
Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə gənc azərbaycanlı həkimlərin forumu keçiriləcək

Azərbaycan, Bakı, 22 mart /Trend/

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada çalışan gənc azərbaycanlı həkimlərin birinci forumu keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə AzərTAc-ın xüsusi müxbirinə Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) İdarə Heyətinin üzvü Emin Hacıyev bildirmişdir.

E.Hacıyev demişdir ki, RAGB, Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Gənclər və İdman Nazirliyi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin təşilatçılığı ilə aprelin 26-27-də keçiriləcək forumda Moskva, Sankt-Peterburq və Kazandan 100-dən çox gənc azərbaycanlı həkim iştirak edəcəkdir.
Forumda iştirak etmək istəyənlər [email protected] elektron ünvanına və RAGB-nin rəsmi internet saytındakı xüsusi bölməyə (https://docs.google.com/file/d/0Bx6PmIDP78y1NTczRmVwd0tNdlU/edit?pli=1) müraqciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti