...

ABŞ və Cənubi Koreya KXDR-in təxribatlarına cavab vermək üçün plan imzalayıb

Siyasət Materials 24 Mart 2013 10:35 (UTC +04:00)
Koreya Respublikası silahlı qüvvələrinin baş qərargahının komitə sədri Con Sın Co və ABŞ-ın bu ölkədəki hərbi qoşunlarının komandanı general Ceyms Turman müttəfiqlərin hazırladıqları təxribatlarla mübarizə üzrə planı imzalayıblar.
ABŞ və Cənubi Koreya KXDR-in təxribatlarına cavab vermək üçün plan imzalayıb

Azərbaycan, Bakı, 24 mart /Trend/

Koreya Respublikası silahlı qüvvələrinin baş qərargahının komitə sədri Con Sın Co və ABŞ-ın bu ölkədəki hərbi qoşunlarının komandanı general Ceyms Turman müttəfiqlərin hazırladıqları təxribatlarla mübarizə üzrə planı imzalayıblar. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu haqda ABŞ və Koreya Respublikasının silahlı qüvvələrinin komandanlığının birgə yaydığı açıqlama bildirilib.

"İmzalanmış plan Koreya Respublikasının KXDR tərəfindən reallaşdırıla biləcək təxribatlara cavab vermək üçün ABŞ-ın dəstəyilə fövqəladə vəziyyətlərə uyğun fəaliyyətini əhatələyir. Bunun formalaşdırılması isə KXDR tərəfindən Yenpxyendo adasının artilleriya atəşinə tutulmasından sonra Koreya Respublikası silahlı qüvvələrinin baş qərargahı və ABŞ-ın bu ölkədəki hərbi qoşunlarının komandanlığı arasında aparılmış danışıqlar nəticəsində mümkün olub" - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, plana əsasən tərəflərin məsləhətləşmələr aparması, KXDR-in təxribatlarına cavab vermək üçün güclü və qərarlı addımlar atması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti