Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir T.Cəfərov/
Hazırda 3000-ə yaxın iranlı digər ölkələrdə həbsdə saxlanılır. Bu sözləri İranın xarici işlər naziri Əli Əkbər Salehi bazar ertəsi jurnalistlərə deyib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi məlumat verir.
Salehi deyib ki, hər il Xarici İşlər Nazirliyinin yardımı ilə 700-ə yaxın iranlı qanunsuz həbs olunduqları üçün digər ölkələrdəki həbsxanalardan azadlığa buraxılır.
Salehinin sözlərinə görə, buna baxmayaraq, iranlıların digər ölkələrdə qanunsuz həbsi hər il artmaqdadır.
Əli Əkbər Salehi: 3000-ə yaxın iranlı digər ölkələrdə həbsdə saxlanılır