...

Nyu-Cersi Ştat Assambleyası 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib

Siyasət Materials 26 Mart 2013 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir İ.İzzət/

ABŞ-ın Nyu-Cersi ştatının Dövlət Assambleyası 31 mart - azərbaycanlıların soyqırımının 95 illiyi ilə bağlı qətnamə qəbul edib. Bu barədə Trend-ə Amerika Azərbaycan Cəmiyyətindən (AAC) məlumat verilib.

Qətnaməyə əsasən martın 31 Azərbaycanlıların Anım Günü kimi tanınır. Qətnamə Assambleyanın nümayəndəsi Tomas P.Qiblin tərəfindən imzalanib və Amerika Azərbaycan Cəmiyyətinin (AAC) prezidenti Tomris Azəriyə təqdim edilib.

Qərarda 1918-ci ilin martında 20 mindən çox dinc azərbaycanlının öldürülməsi ilə nəticələnən hadisələrinin insanlıq tarixində ən çox qınanılası vəhşiliklərindən olduğu vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti