Azərbaycan, Bakı, 27 mart /Trend/
Misir prezidenti Məhəmməd Mursi Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə iki ölkə arasında enerji sferasında sıx əməkdaşlığın qurulmasını təklif edib. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumatda deyilir ki, Mursi Misir ilə Rusiya arasında yeni səhifənin açılmasının vacibliyini önə çəkib.
O, ölkələr arasındakı münasibətlərin dinamik inkişafını arzuladığını dilə gətirib.
"Mən bütün sahələrdə - siyasi münasibətlərin inkişafını, regional və qlobal məsələlərdə mövqelərin yaxınlaşdırılmasını nəzərdə tuturam" - deyə o əlavə edib.
Bununla yanaşı, Mursi Misirlə Rusiya arasında elmi-texniki əməkdaşlığın, xüsusilə də, texnologiyanın əldə edilməsi və mübadiləsi, həmçinin, sənaye, ticarət və enerji sahələrində münasibətlərin inkişaf etdirilməsinin mühümlüyünü diqqətə çatdırıb.