...

Kim Çin In raketlərin döyüş hazırlığına gətirilməsi barədə əmr verib

Siyasət Materials 29 Mart 2013 09:39 (UTC +04:00)
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çin In martın 29-da Cənubi Koreya və Sakit okeanda yerləşən ABŞ-a məxsus hərbi bazaları vurmaq məqsədilə raket qüvvələrini hazırlığa gətirilməsi barədə əmr verib.
Kim Çin In raketlərin döyüş hazırlığına gətirilməsi barədə əmr verib

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.Tanrıverdiyev/

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çin In martın 29-da Cənubi Koreya və Sakit okeanda yerləşən ABŞ-a məxsus hərbi bazaları vurmaq məqsədilə raket qüvvələrinin hazırlığa gətirilməsi barədə əmr verib. Trend-in məlumatına görə, bu barədə cümə günü rəsmi "KMTA" agentliyi xəbər yayıb.

Bu barədə qərar ölkənin hərbi rəhbərliyinin iştirak etdiyi fövqalədə iclasda qəbul olunub. Kim Çin In iclas zamanı əminliyini bildirib ki, hazırkı şərtlərdə "Amerikalı imperiyalistlərlə olan hesabları həll etmək vaxtı çatıb". O, həmçinin qeyd edib ki, düşmənin bazaları "bir zərbə ilə külə döndürüləcək".

Ehtimal olunur ki, KXDR bu addımı Amerika və Cənubi Koreyanın birgə hərbi təlimlərində nüvə silahı daşıya bilən strateji bombardmançı B-2 təyyarələrinin iştirakına cavab olaraq atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti