...

XİN: İran yeni inkişaf mərhələsinə daxil olur

Siyasət Materials 2 Aprel 2013 15:42 (UTC +04:00)
İran bu il yeni inkişaf mərhələsinə qədəm qoyur. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı ölkənin xarici işlər naziri Əli Əkbər Salehi bildirib.
XİN: İran yeni inkişaf mərhələsinə daxil olur

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran bu il yeni inkişaf mərhələsinə qədəm qoyur. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı ölkənin xarici işlər naziri Əli Əkbər Salehi bildirib.

"Biz ötən il start meydanına çıxmışıq və indi irəliyə böyük sıçrayış etməyə hazırıq", - o deyib.

Salehi bildirib ki, düşmənlərin öz planını həyata keçirməməsi üçün İran təcridetmənin qarşısını almalıdır.

"Ali dini liderin dediyi kimi, bu il siyasət və iqtisadi uğurlar ilidir və əhali buna öz dəstəyini verməlidir", - XİN rəhbəri qeyd edib.

Onun sözlərinə görə, ağır keçən ötən ilə baxmayaraq, düşmənlər öz planlarını həyata keçirə bilmədi və bu il İran müxtəlif sahələrdə inkişaf etməkdə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti