...

ABŞ-ın Ayova ştatı 31 Mart soyqırımını tanıyan qətnamə qəbul edib

Siyasət Materials 4 Aprel 2013 13:19 (UTC +04:00)
ABŞ-ın Ayova ştatının qanunverici orqanı Nümayəndələr Palatasında 31 Mart - Azərbaycanlıların Soyqırımının 95 illiyini və Azərbaycanın anım gününü tanıyan qətnamə qəbul edilib.
ABŞ-ın Ayova ştatı 31 Mart soyqırımını tanıyan qətnamə qəbul edib

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İzzət/

ABŞ-ın Ayova ştatının qanunverici orqanı Nümayəndələr Palatasında 31 Mart - azərbaycanlıların soyqırımının 95 illiyini və Azərbaycanın anım gününü tanıyan qətnamə qəbul edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən mləumata görə, Pax Turcica İnstitutunun həyata keçirdiyi illik məlumatlandırma kampaniyası nəticəsində, ABŞ-ın Ayova ştatının qanunverici orqanının nümayəndəsi David Jacoby və Senator Robert Dvorsky 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törədilmiş soyqırımın 95 illiyinın qeyd olunması bəyanatı ilə çıxış edib. Qanunverici orqanın nümayəndəsi tərəfindən imzalanmış bəyannamə Azərbaycan-Amerika Şurasının (AAŞ) Ayova nümayəndəliyinə təqdim edilib.

Bəyannamədə qeyd edilir ki, 1918-ci il martın 30-dan aprel 3-dək Erməni İnqilabi Federasiyasının (Daşnak Partiyası) silahlı qrupları bolşeviklərin dəstəyi ilə Bakıda və Azərbaycanın digər şəhərlərində 20.000 azərbaycanlını və digər müsəlman xalqlarının nümayəndələrini vəhşicəsinə qətlə yetirib. Bu faciə Qafqaz və Anadoluda böyük bir dövlət yaratmaq istəyən erməni millətçiləri tərəfindən həyata keçirilmiş kütləvi qırğınların bir hissəsi idi. Qətliamlar zamanı bir milyon azərbaycanlı və 2,5 milyona yaxın türk, kürd, müsəlman olan digər millətlər soyqırıma məruz qalıb və ya 20-ci əsr boyu öz torpaqlarından deportasiya olunublar.

Qeyd edək ki, 2012-ci ildə Nyu-York Senatı 31 Mart - azərbaycanlıların soyqırımını ilk dəfə qanunverici orqan səviyyəsində tanıyıb və qətnamə qəbul edib. Bu ilin martında isə Nyu-Cersi Ştatının Baş Assambleyası azərbaycanlıların soyqırımının tanınması və 31 martın anım günü kimi qeyd edilməsi haqda qətnamə qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti