...

Avropa Şurasının nümayəndələri Azərbaycanın demokratiya sahəsində götürdüyü öhdəliklərin icrasının gedişini öyrənirlər

Siyasət Materials 10 Aprel 2013 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Avropa Şurasının Nazirlər Komitəsinin Monitorinq qrupu Azərbaycanın təşkilat qarşısında demokratiya sahəsində üzərinə götürdüyü öhdliklərin icrasının gedişini öyrənir.

AŞ nümayəndələri qrupu Bakıda səfərdədir. Səfər zamanı onların ölkənin bir sıra rəsmi dövlət sturukturları, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu barədə Trend-ə çərşənbə günü təşkilatın Bakı ofisindən xəbər daxil olub.

Səfər proqramına XİN, parlament, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Ombudsman Aparatında bir sıra görüşlər daxildir.

Qeyd edək ki, Azərbaycan AŞ-na daxil olan zaman öz üzərinə demokratiya, insan haqları və KİV sahəsində öhdəliklər götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti