Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir E.Tariverdiyeva/
İran rəsmi Tehran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında danışıqların yeni raundunun tarixi haqqında razılığın əldə olunması ilə bağlı xəbərləri təkzib edib. Bu barədə Trend Press TV-yə istinadən məlumat verir.
İran nümayəndə heyətindəki danışıqlara yaxın mənbə cümə günü Press TV-yə bildirib ki, İran və BAEA arasında razılaşma əldə olunmayıb və danışıqların yeni raundunun keçirilmə vaxtı müəyyənləşməyib.
Mənbə vurğulayıb ki, məsələ görüşdə müzakirə edilib, ancaq razılaşma əldə olunmayıb.