...

"Ana müxalifət" sorğusu: Müsavat və AXCP-də nüfuz davası

Siyasət Materials 22 Aprel 2013 16:37 (UTC +04:00)
"Ana müxalifət" sorğusu müxalif Müsavat və Xalq Cəbhəsi partiyaları arasında fikir ayrılığına gətirib çıxarıb.
"Ana müxalifət" sorğusu: Müsavat və AXCP-də nüfuz davası

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir E.Mehdiyev/

"Ana müxalifət" sorğusu müxalif Müsavat və Xalq Cəbhəsi partiyaları arasında fikir ayrılığına gətirib çıxarıb.

"Bu gün Azərbaycan cəmiyyətində heç kim sübut edə bilməz ki, bu sorğu keçirilib, bunun obyektivliyinə şübhə yoxdur və bu sorğunun nəticələrinə görə bu partiya "ana müxalifət" adlandırıla bilər", - bunu bazar ertəsi Trend-ə Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy deyib.

O qeyd edib ki, seçki ərəfəsində bu cür bəyanatlar olacaq. O dövrə qədər ki, müxalifət ciddi şəkildə seçki kampaniyasına qoşulan zaman artıq kimin reytinqinin necə olduğunu həm cəmiyyət biləcək, həm də müxalif qüvvələrin özləri anlayacaq ki, kim hansı yerdə dayanıb.

"Bu gün Müsavat Partiyası ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası arasında bir çətir altında birləşmə prosesi baş verməyib. İctimai Palatada birləşməsinə baxmayaraq, hər partiyanın öz funksionerləri var, hər partiya özünün daha çox gücə malik olduğunu sanki isbatlamağa çalışır", - Əlisoy deyib.

Onun sözlərinə görə, təbii ki, Müsavat Partiyasının funksionerləri Müsavatın "ana müxalifət" partiyası olduğunu iddia edirlər, AXCP də deyə bilər ki, "ana müxalifət" funksiyasını biz üzərimizə götürürük.

"İctimai rəyi müəyyən etmək üçün qərəzsiz sorğu keçirmək hələlik qeyri-mümkündür. Əgər yoxdursa, "ana müxalifət" söhbətini iddia etmək bir az normal sayılmır", - Əlisoy vurğulayıb.

Qeyd edək ki, AXCP Ali Məclisinin sədri Həsən Kərimov bəyan edib ki, bu gün Azərbaycanda baş verən siyasi proseslər də, Azərbaycanın ictimai rəyi də, sosioloji sorğuların nəticələri də göstərir ki, AXCP "ana müxalifət"dir, liderinin də böyük reytinqi var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti