...

İran ABŞ-ın birbaşa danışıqlar barədə təşəbbüsünü alqışlayır

Siyasət Materials 23 Aprel 2013 15:14 (UTC +04:00)
Tehran ABŞ-ın 35 yüksəkvəzifəli rəsmisi və sabiq məmurunun İran və Birləşmiş Ştatlar arasında birbaşa danışıqların zərurətinə dair imzaladığı bəyanatı alqışlayır.
İran ABŞ-ın birbaşa danışıqlar barədə təşəbbüsünü alqışlayır

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbirlər E.Tariverdiyeva, D.Xatınoğlu/

Tehran ABŞ-ın 35 yüksəkvəzifəli rəsmisi və sabiq məmurunun İran və Birləşmiş Ştatlar arasında birbaşa danışıqların zərurətinə dair imzaladığı bəyanatı alqışlayır. Trend-in çərşənbə axşamı IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib.

Salehinin sözlərinə görə, əgər ABŞ nümayəndələri bu məsələdə həqiqətən də səmimidirlərsə, İran bu bəyanatı alqışlayır.

O, əlavə edib ki, Almatıda keçirilmiş sonuncu nüvə danışıqlarından sonra "altılıq" ölkələrinin nümayəndə heyətinə başçılıq etmiş Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton vasitəçilərlə İranın təklifini müzakirə etmək barədə vəd verib. Lakin İran tərəfinə yeni bir şey təqdim edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti